Rusiya sərhədində təhlükəli manevr: qırıcılar havalandı

15.09.2020 02:08     Dünyadan reaksiya     737

Rusiya hərbçiləri Qara dəniz akvatoriyasında Ukrayna istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşan 3 hava obyektini müşahidə ediblər.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, yolverilməz pozuntuların qarşısını almaq və indentifikasiya üçün 4 qırıcı –iki Su-27 və iki Su-30 qırıcıları havaya qaldırılıb.

Məlum olub ki, sözügedən obyektlər ABŞ-a məxsus B-52H təyyarələridir. Rusiya qırıcıları Qara dəniz üzərində onları müşahidə edib, təyyarələr uzaqlaşdıqdan sonra təhlükəsiz şəkildə bazaya qayıdıblar.

Reaksiya.az

Şərhlər