Azərbaycanlı-erməni davası: 11 nəfər həbsdədir

15.09.2020 22:27     Dünyadan reaksiya     538

Samsxe-Cavaxetiyada azərbaycanlılar və ermənilər arasında 23 avqustda baş verən kütləvi davada 11 nəfər saxlanılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumat yayan erməni mediası saxlanılanların 8 nəfərinin azərbaycanlı, 3 nəfərinin isə erməni olduğunu qeyd edib.

Kütləvi davanın təşkilində ittiham olunan bu şəxslər barəsində 2 aylıq həbs müddəti seçilib.

Ermənilər həbsə etiraz olaraq Axalkalakidə kütləvi etiraz aksiyası da keçiriblər.

Hazırda işlə bağlı yenilik yoxdur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar