Türkiyədə güclü zəlzələ olub

16.09.2020 20:10     Dünyadan reaksiya     678

Türkiyənin Muş vilayətinin Qorqud rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Reaksiya.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 17.48-də 16.24 kilometr dərinlikdə baş verib, təkanlar ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Şərhlər