ABŞ-da virusa yoluxanların sayı artıb

20.09.2020 15:58     Dünyadan reaksiya     941

ABŞ-da son sutkada koronavirusa 41 min yeni yoluxma aşkarlanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, son sutkada Birləşmiş Ştatlarda COVID-19-a 41 037 yeni yoluxma aşkar olunub. Qeyd edilir ki, ölkədə virusa yoluxma diaqnozunun qoyulduğu 689 nəfər ölüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar