Türkiyədə 5 bal gücündə zəlzələ baş verdi

21.09.2020 00:18     Dünyadan reaksiya     986

Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Reaksiya.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Reaksiya.az 

Şərhlər

Çox oxunanlar