Babayan etiraf etdi: Bu mövqeləri itirdik...

27.09.2020 15:47     Dünyadan reaksiya     463

Azərbaycan Ordusunun əks-hücumu ilə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatını “dqr”in “təhlükəsizlik şurası”nın rəhbəri Samvel Babayan təsdiqləyib.

Reaksiya.az xəbər verir ki, o, jurnalistlərin hansısa mövqelərin itirilib-itirilmədiyi sualına bu cür cavab verib:

“4-5 mövqeyi itirmişik. Xalqımızı sakitləşməyə çağırıram”.

O, həmçinin Dağlıq Qarabağın daxilində yerləşən Xocavənd (Hadrud), Ağdərə (Martakert) və digər rayonlarda sərhəddən əhalinin təxliyəsinin başladığını bildirib.

Reaskiya.az

Şərhlər