NATO-dan müharibə ilə bağlı - AÇIQLAMA

27.09.2020 17:34     Dünyadan reaksiya     679

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.

“Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə bəyanatda vurğulanıb.

Reaksiya.az

Şərhlər