Rusiya XİN-dən cəbhədəki vəziyyətlə bağlı - AÇIQLAMA

28.09.2020 12:38     Dünyadan reaksiya     482

Rusiya hər kəsi Qarabağdakı münaqişə ilə bağlı istifadə etdiyi ritorikada diqqətli olmağa çağırır.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko açıqlama verib.

“Xarici və daxili bütün iştirakçıları istifadə etdikləri ritorika da daxil olmaqla maksimum təmkin göstərməyə çağırırıq. İndi dərhal atəşkəsə nail olmaq və danışıqlar masasına qayıtmaq üçün mümkün qədər diqqətli və ehtiyatlı olmaq vacibdir”,- deyə Rudenko qeyd edib.
 

Şərhlər