Gürcüstandan erməni separatçılarına növbəti zərbə

29.09.2020 00:42     Dünyadan reaksiya     958

Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edən “Virk” hərəkatının Cavaxetiya bölgəsindən topladığı ermənilər Ermənistana keçməyə çalışıb. 

Reaksiya.az Oxu.az-a istinadən xəbər verir ki, onların bu cəhdinin qarşısı Gürcüstan gömrükçüləri tərəfindən alınıb. 

Gömrükçülər yalnız Ermənistan vətəndaşlığı olan şəxsləri öz ölkələrinə buraxıblar. 

Qeyd edək ki, “Virk” hərəkatı separatçılığı təşviq edir, Gürcüstanın Cavaxetiya bölgəsinin muxtariyyət almasına və Ermənistana birləşdirilməsinə çalışır.

Şərhlər