Azərbaycan torpaqları işğaldan azad edilməlidir - İranlı deputat

29.09.2020 20:21     Dünyadan reaksiya     648

Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Əhməd Əlirza Beygi bildirib.

Ə.Əlirza Beyginin sözlərinə görə, Azərbaycan torpaqları işğal olunub və işğaldan azad edilməlidir.

Əlirza Beygi bildirib ki, azərbaycanlı gənclər işğal olunmuş əraziləri azad edəcəklərinə inanırlar.

“Biz Dağlıq Qarabağın azad edilməsini dəstəkləyirik”, - iranlı deputat qeyd edib.

Reaksiya.az

Şərhlər