Bakıya uçuşların təxirə salınması ilə bağlı THY-dən - AÇIQLAMA

29.09.2020 21:57     Dünyadan reaksiya     648

Türk Hava Yolları (THY) şirkəti bəzi sosial mediada hesablarında Azərbaycana həyata keçirilən planlı uçuşların təxirə salınması ilə bağlı yayılan informasiyanı təkzib edib.

Reaksiya.az xəbər verir ki, bu barədə THY-nin media müşaviri Yəhya Üstün şəxsi Tvitter hesabında bildirib.

Məlumatda qeyd edilir ki, dost və qardaş ölkə, can Azərbaycana olan uçuşlarımız planlı şəkildə həyata keçirilir. Bəzi sosial media kanallarında, uçuşlarımızın təxirə salınması ilə bağlı paylaşılan məlumatlar həqiqətə uyğun deyil.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar