Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik - Ərəb analitik

29.09.2020 22:11     Dünyadan reaksiya     405

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dəqiq mövqeyə malik olmalıdır.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə Kamal əl-Halbavi deyib.

Dağlıq Qarabağ münaqişəsində son hadisələri şərh edən analitik Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının vacibliyini qeyd edib:

“Biz ürəyimizlə və ruhumuzla Azərbaycanı ərazi bütövlüyünü saxlanması hüququ kontekstində dəstəkləyirik. Biz Azərbaycana qarşı istənilən aqressiyaya qarşıyıq. İƏT bu məsələdə Azərbaycanın istənilən aqressiyaya qarşı dəstəkləmək üçün dəqiq mövqeyə malik olmalıdır”.

Reaksiya.az

Şərhlər