Solovyov erməniləri tərifləmək istədi, rüsvay oldu

30.09.2020 10:58     Dünyadan reaksiya     1629

Rusiya mətbuatında kök salmış ermənilərin və ermənipərəstlərin Azərbaycana qarşı apardıqları informasiya savaşının bəzi “döyüş”lərində düşmənlərin partlatmaq istədiyi “bombalar” hərdən öz əllərində partlayır və “döyüşçülər” rəzil duruma düşürlər.

Reaksiya.az Musavat.com-a istinadla xəbər verir ki, onlardan biri də məşhur təbliğatçı Vladimir Solovyov olub. Solovyov Yutub kanalı ilə efirə canlı verilən “Solovyov layv” (Соловьев Live) verilişində Ermənistanı böyük, erməniləri qorxmaz, Azərbaycanı isə əksinə göstərmək istəyərkən özünü biabır edib.

Jurnalist Qarabağda hərbi vəziyyətin gərginləşməsi barədə danışarkən ermənilərin hərbi komissarlıqların önündə toplaşaraq, böyük ruh yüksəkliyi ilə cəbhəyə yollandıqlarına, tamaşaya toplaşanların onları alqışlarla yola salmalarına dair süjet göstərmək istəyib. Ancaq bir az sonra bu kadrların Azərbaycanda, Yasamal rayonunun hərbi komissarlığının önündə çəkildiyi məlum olub.

Bu yanlışlığı anladığı zaman Solovyov özünü saxlaya bilməyib, əsəbiləşib və tabeliyində işləyənlərə səsini qaldırıb: “Sizin başınız işləyir, ya yox? Bu, səhvdən də betər şeydir!”

Əlbəttə, elədir. Aqressorun, hərbi canilərin, işğalçının yanında olmaq, onu dəstək vermək, onları ölkə əhalisinə, dünya birliyinə “vətən müdafiçəçiləri” kimi təqdim etmək səhvdən betər şeydir, cinayətdir, faşizmə dəstək verməkdir, hitlerçillərin yanında durmaq qədər böyük rüsvayçılıqdır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər