Ermənistan ordusu bugünkü itkilərinin sayını açıqladı

30.09.2020 22:52     Dünyadan reaksiya     439

Ermənistan Müdafiə Nazirliyi bu gün cəbhədə Azərbaycan Ordusunun zərbələri nəticəsində məhv edilən əsgərlərinin bir hissəsinin sayını açıqlayıb.

Reaksiya.az xəbər verir ki, Ermənistan MN bugünkü itkilərinin 23 nəfər təşkil etdiyini bildirib.

Bununla da itkilərin sayının 103 nəfər olduğu qeyd edilib.

Xatırladaq ki, Ermənistan MN vaxtaşırı olaraq ölü saylarında "dəqiqləşmələr" aparır. Belə ki, 28 setnyabrda 59 ölü olduğu halda bir müddətdən sonra əslində ölən kimi qeydə alınan bir əsgərin reanimasiyada yaralı olduğunu qeyd edib, siyahını 58-ə endirmişdi.

Ötən gün isə daha 26 əsgərin öldüyünü və ümumi sayın 84-ə qalxdığını bildirsə də, bir müddətdən sonra 4 nəfərin ölmədiyi açıqlanmışdı.

Belə görünür ki, Ermənistan MN ölənlərini və döyüş meydanında qalanlarını saya bilmir.

Reaksiya.az

Şərhlər