Əgər tərəflər danışıqlar masasına otursa... - Kavtaradze

30.09.2020 23:06     Dünyadan reaksiya     394

Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır.

Reaksiya.az xəbər verir ki, bunu Trend-ə gürcü ekspert, professor Elquca Kavtaradze deyib.

O bildirib ki, Dağlıq Qarabağ erməni qoşunları tərəfindən işğal olunub:

“Ona görə də Azərbaycan beynəlxalq hüquq baxımından öz tarixi torpaqlarını qaytarmaq hüququna sahibdir. Yəni, Ermənistan Azərbaycana qarşı heç bir iddia irəli sürə bilməz. Ermənistan hökuməti heç vaxt münaqişənin həll ilə bağlı konstruktiv mövqe tutmayıb”.

Ekspert hesab edir ki, siyasi baxımdan Gürcüstan Azərbaycanı dəstəkləyir, eyni zamanda rəsmi şəxslər hər iki tərəfi danışıqlar masasına oturmağa çağırır:

“Əgər hər iki tərəf danışıqlar masasına otursa, bunu Gürcüstanda etmək məqsədəuyğun olar. Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır. İşğal olunmuş əraziləri öz sahibinə, Azərbaycana qaytarmaq lazımdır”.

Reaksiya.az

Şərhlər