Ermənistanın iki Su-25 qırıcısı məhv oldu

01.10.2020 10:43     Dünyadan reaksiya     752

Ermənistan Müdafiə Nazirliyinin guya Ermənistan ərazisində olan Su-25 qırıcını türk F-16-nın məhv etməsi barədə yalanlarının bitib-tükənmədiyi bir vaxtda maraqlı kadrlar ortaya çıxıb.

Reaksiya.az xəbər verir ki, “A Haber” Tərtər bölgəsində çəkiliş apararkən, Ermənistana məxsus Su-25 təyyarəsinin pilotunun artıq katapult etdiyini, paraşütlə endiyini lentə almağa nail olub.

Hadisənin detalları bilinməsə də, Su-25-in yerdən atılan silahla da vurulub-vurulmadığı sual altındadır.

Maraqlıdır ki, “A Haber” son iki gündə Ermənistanın iki Su-25 qırıcısı itirdiyini yazıb. Prezidentin köməkçisinə istinadla isə qırıcıların köhnə və texniki nasazlıq səbəbindən idarəetmədən çıxaraq, dağa çırpıldığı vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi 27 sentyabrdan bu vaxta qədər məhv edilən düşmən texnikasının siyahısını açıqlayıb. Onların sırasında Su-25 göstərilməyib.

Reaksiya.az

Şərhlər