Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verib

01.10.2020 16:38     Dünyadan reaksiya     1226

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı birgə bəyanat yayıblar.

Reaksiya.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Liderlər bəyanatda tərəfləri atəşkəs rejimini, həmçinin şərt irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar.

V.Putin, D.Tramp və E.Makron döyüşlər nəticəsində ölənlərin yaxınlarına başsağlığı veriblər, yaralılara isə şəfa diləyiblər.

Qeyd edək ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləridir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar