Kreml Qarabağa müdaxilə etməyəcək, çünki... - Vaqner

01.10.2020 21:10     Dünyadan reaksiya     1651

Türkiyə Ermənistan sərhədini keçmədən Dağlıq Qarabağ konfliktinə müdaxilə etmək haqqına sahibdir.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə müsahibəsində “Putinin aşpazı” adlandırılan “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin deyib.

“Türklər Ermənistan sərhədini keçmirlər. Amma onlar Qarabağ konfliktinə müdaxilə haqqına sahibdirlər”, – deyə o bildirib.

O deyib ki, Paşinyan hakimiyyətə gələndən sonrakı Rusiya-Ermənistan münasibətlərinə görə Kreml konfliktə müdaxilə etməyəcək:

“Çünki Ermənistanda çoxlu sayda ABŞ qeyri-hökumət təşkilatları peyda olub”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar