Çavuşoğlu ilə Lavrov arasında telefon danışığı olub

01.10.2020 21:45     Dünyadan reaksiya     396

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında bildirilir.

Məlumata görə, telefon danışığı zamanı Bakı və İrəvana siyasi və diplomatik yardım göstərilməsi baxımından son dərəcə balanslı addımların atılmasının vacibliyi qeyd edilib.

Nazirlər, həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər.

Türkiyənin və Rusiyanın XİN rəhbərləri Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün sıx əlaqədə addımlar atmağa hazır olduqlarını bildiriblər.

Reaksiya.az

Şərhlər