BTA prezidentindən Dağlıq Qarabağla bağlı - Bəyanat

01.10.2020 23:59     Dünyadan reaksiya     414

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın işğal olunmuş rayonlarında Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsindən dərin narahatlığını ifadə edib.

Reaksiya.az xəbər verir ki, Türk Akademiyası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu təsdiqləyir və münaqişənin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələri əsasında, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə çağırıb.

Akademiyanın Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirə biləcək hər hansı təxribatçı bəyanatların və hərəkətlərin, həmçinin ATƏT-in Minsk qrupunun dəstəyi ilə aparılan danışıqlar prosesinin yolverilməz olduğunu vurğulayıb.

Reaksiya.az

Şərhlər