“Sülh ən çox Ermənistanın lehinə olar” - Çavuşoğlu

02.10.2020 19:38     Dünyadan reaksiya     690

“Ermənistan hazırda özünü təcrid etmiş bir vəziyyətdədir. Ermənistan buna başqasının torpaqlarını işğal edərək nail olub. Dağlıq Qarabağ münaqişəsinin həlli, sülh ilk növbədə Ermənistanın lehinə olar”.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.   

O bildirib ki, Ermənistanın sülh yolunu, ya münaqişəni seçməsi istiqamətində qərar verməsi önəmlidir: “Regionda sülhə nail olmaq hər bir ölkənin xeyrinədir. Beynəlxalq təşkilatlar da bu məsələdə Ermənistanı münaqişəyə yox, sülhə həvəsləndirməlidir. Hazırda Azərbaycan öz torpaqlarında terrorizmlə mübarizə aparır. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bildirib ki, Azərbaycanın atəşkəs elan etməsi üçün Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilməsi lazımdır”. 

Nazir onu da qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər hərbi gücü var və bu günədək Türkiyədən hərbi dəstək üçün heç bir istəyi olmayıb: “Amma Azərbaycan dəstək istəsə, biz tərəddüdsüz dəstək verməyə hazırıq. Azərbaycana dəstəyimizdə kimsənin Türkiyəni qınamağa haqqı yoxdur. Çünki hər zaman dediyimiz kimi, biz “Bir millət, iki dövlətik””.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar