NATO Baş katibi Türkiyəyə səfər edib

05.10.2020 13:57     Dünyadan reaksiya     829

NATO Baş katibi Yens Stoltenberq Türkiyəyə gəlib.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, baş katib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.

Eyni zamanda, Stoltenberqin Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə də görüşü nəzərdə tutulub.

Məlumata görə, baş katib Ankara səfəri çərçivəsində NATO daxilindəki müxtəlif mövzuları müzakirə edəcək.

Qeyd edək ki, Alyans lideri daha sonra Yunanıstana gedəcək.

Reaksiya.az

Şərhlər