Zərurət yaranarsa, Putin Əliyev və Ərdoğanla danışacaq - Peskov

05.10.2020 23:05     Dünyadan reaksiya     394

Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycan və Türkiyə ilə dialoqu yüksək səviyyədə və daimi əsasda həyata keçirilir.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Kremlin nümayəndəsi əlavə edib ki, bu, prezidentlərin iş qrafikinin münasibliyindən asılıdır.

“Bu, heç də o demək deyil ki, Rusiya tərəfi işgüzar əlaqələrdə hansısa kəsir hiss edir. Əksinə, RF XİN-in rəhbəri S.Lavrov Azərbaycan və Türkiyədən olan həmkarları ilə daim əlaqədə olur”, - deyə Kremlin nümayəndəsi bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusu üzrə Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu yüksək səviyyədə və daimi əsasda həyata keçirilir.

D.Peskov zərurət yaranacağı halda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı telefon danışıqları aparacağını istisna etməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar