KTMT Ermənistandakı hərbi təlimi ləğv etdi

06.10.2020 14:54     Dünyadan reaksiya     504

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Pozulmaz qardaşlıq 2020” təliminə qatılmaqdan imtina edib.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bunu KTMT-nin mətbuat katibi Vladimir Zeynatdinov deyib. O, Ermənistanın bu barədə KTMT-ni xəbərdar etdiyini bildirib.

Zeynatdinov, həmçinin oktyabrın sonuna Ermənistanda planlaşdırılan KTMT təliminin də təxirə salındığını deyib. O, hazırda bu təlimin hansı ölkədə keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını söyləyib.

Reaksiya.az

Şərhlər