Tiflis ermənilərin şübhəli humanitar yükünü geri qaytardı

06.10.2020 15:21     Dünyadan reaksiya     716

Gürcüstan Rusiyadan Ermənistana aparılması planlaşdırılan növbəti yükə öz ərazisindən keçməyə icazə verməyib.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, erməni tərəfi yükün Rusiya erməniləri tərəfindən toplanılan humanitar yardım olduğunu bildirsə də, bu, gürcü tərəfini qane etməyib. Belə ki, hazırda yükün Moskvada saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, Ermənistan bundan öncə öz təyyarələri ilə Moskva və Mineralnıye Vodı şəhərlərindən humanitar yükləri daşımağa hazır olduğunu açıqlayıb. Bununla belə Ermənistanın humanitar yük adı altında Ermənistana silah gətirməsi şübhəsi də mövcuddur. Buna səbəb təkcə son 2 ay ərzində Ermənistana bütün hərbi yüklərin daşınma mərkəzinin Mineralnıy Vodı şəhərinin olmasıdır.

Reaksiya.az

Şərhlər