Atəşkəs Azərbaycan üçün tələdir - Baxçalı

06.10.2020 16:42     Dünyadan reaksiya     1922

"Azərbaycan-Ermənistan konflikti zonasının hazırkı şəraitində atəşkəs və dialoqa çağırış tələdir".

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Bu tip bəyanatların müəllifləri Azərbaycanı aldatmağa, işğalı tanımağa cəhd edirlər. Döyüş meydanında qələbə siyasi həllin və düşmənin güzəştinin əsas zəmanəti olacaq. Erməni terrorçuları ya Azərbaycan ərazisini tərk edəcəklər, ya da məhv ediləcəklər”, – deyə o bildirib.

Reaksiya.az

Şərhlər