Erməni əsgərinin acınacaqlı durumu - VİDEO

06.10.2020 16:45     Dünyadan reaksiya     2354

Ermənistan ordusunda pərakəndəlik baş alıb gedir. Bu həm ordunun toparlanmasında, həm maddi texniki təchizatında özünü göstərir.

Reaksiya.az xəbər verir ki, Ermənistan KİV-in cəbhə bölgəsində yerləşən hissələrindən hazırladığı videoreportajlarda onların əsgər və zabitlərinin geyimlərində, silah-sursatlarında çatışmazlıqların olduğu açıq-aşkar görünür.

Görüntülərdə düşmən hərbçilərinin hərbi intizam qaydalarına uyğun olmayan görkəmləri və mülki geyimlərdən istifadə etməsi yer alıb. Bu isə Ermənistan tərəfinin təşviş içində olduğunu, öz vətəndaşlarını tələskənliklə cəbhəyə cəlb etməsini bir daha təsdiq edir.

“Report” erməni əsgərinin acınacaqlı durumda olduğunu sübut edən kadrları təqdim edir.

Reaksiya.az

Şərhlər