Kreml: KTMT-nin öhdəlikləri Dağlıq Qarabağa aid deyil - Kreml

07.10.2020 15:01     Dünyadan reaksiya     203

“Kollektiv Təhlükəsizlik və Müqavimət Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ aid deyil”.

Reaksiya.az Apa-ya istinadən bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bunlar təhlükəsizliyin təmin edilməsi baxımından olan öhdəliklərdir. Yəni, KTMT üzvü olan bir ölkə kənardan hansısa bir təcavüzə, hücuma məruz qalırsa, müqaviləyə üzv dövlətlərin həmin dövləti müdafiə etmək öhdəlikləri var", - deyə Kremlin sözçüsü vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi ölkəsinin hansı halda Dağlıq Qarabağdakı münaqişə bölgəsinə hərbçiləri göndərməyə hazır olduğu barədə danışarkən, bunun öhdəliklərdən irəli gəldiyini söyləyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin “Rossiya1” kanalına müsahibəsində ölkəsinin KTMT çərçivəsində öhdəliklərindən danışıb, hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini bildirib

Reaksiya.az

Şərhlər

Çox oxunanlar