Ukrayna mediası erməni təxribatlarından yazdı

07.10.2020 22:20     Dünyadan reaksiya     411

Ukraynanın nüfuzlu KİV-ləri Ermənistanın hərbi təxribatları, Azərbaycan Ordusunun uğurlu əks-həmləsi barədə məlumatlar yaymaqda davam edir.

Reaksiya.az xəbər verir ki, “RBK-Ukrayna”, UNİAN, “İnterfaks-Ukrayna”, Ukrinform informasiya agentliklərində, “Seqodnya”, QORDON nəşrlərində dərc edilən məqalələrdə, “TSN”, “Ukraina-24”, “1+1”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Ermənistanın münaqişənin həllində güzəştə hazır olması, Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalması, Bakı-Tiflis-Ceyhan neft boru kəmərinə raket hücumu barədə məlumatlar yer alıb.

Bundan başqa, Prezident İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində söylədiyi fikirlər də Ukrayna mediasının diqqət mərkəzində olub.

Reaksiya.az

Şərhlər