Ərdoğan: Ermənilərin quldurluqla işğal etdiyi torpaqlar...

08.10.2020 11:31     Dünyadan reaksiya     637

Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları bir-bir geri alır.

Reaksiya.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Peninsula” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Tükiyə bundan sonra da “bir millət, iki dövlət” prinsipi ilə Azərbaycanın haqlı mübarizəsində qardaşlarını bütün imkanlarıyla dəstəkləməyə davam edəcək:

“Beynəlxalq ictimaiyyətin illərdir bu qırğınlara və işğala susmağından cəsarətlənən Ermənistan mülki şəxslərə qarşı yeni təcavüzkar addımlarını davam etdirdi. Azərbaycan işğal olunmuş ərazilərini qurtarmaq üçün hərəkətə keçdi. Bu regional problemi həll etmək üçün sözdə təşəbbüs göstərdiklərini iddia edən dövlətlər və beynəlxalq strukturlar, təəssüf ki, problemi bu günə qədər çıxılmaz vəziyyətə saldılar. Bu dövlətlərin və qurumların münasibəti Ermənistanın ərköyünləşməsinə və yeni işğal fəaliyyətləri ilə məşğul olmasına səbəb oldu. Qarabağ məsələsi son 30 ildə Qafqazın ən vacib problemi olub. İllərdir nəticəsiz qalan və Ermənistanın artan hücumları ilə dözülməz hala gələn bu prosesdə Azərbaycanın mübarizəsini qəbul etmək həm tarixin, həm hüququn, həm də coğrafi həqiqətlərin tələbidir. Bu problemi qalıcı şəkildə həll etmək üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi lazımdır. Hər fürsətdə türk millətinə qarşı aqressiv və düşmən olmaqdan çəkinməyən Ermənistan bölgədəki sülh, sabitlik və barışığa ən böyük təhdiddir”.

Reaksiya.az

Şərhlər