Dağıstanın cənubuna raket düşdü - FOTO

08.10.2020 15:37     Dünyadan reaksiya     8197

Dağıstanın Aqul rayonunda naməlum bir raket düşərək partlayıb.

“Report” “Budni Kavkaza” portalına istinadən xəbər verir ki, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.
 
Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Parlayış nəticəsində 15-20 metr diametrində bir krater əmələ gəlib.
 
Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.
 
Hal-hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur.
 
Qeyd edək ki, Aqul rayonu Dağıstanın cənubunda yerləşir. Onun ərazisində 10 mindən çox sakin yaşayır.
 
Xatırladaq ki, oktyabrın 4-də Ermənistan silahlı qüvvələri Xızı və Abşeron rayonlarına iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atmışdı.
 
 

Şərhlər

Çox oxunanlar