İtaliyada açıq havada maska taxmaq məcburi oldu

08.10.2020 16:20     Dünyadan reaksiya     481

İtaliyada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar açıq havada maska taxmaq məcburi elan edilib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar baş nazir Cuzeppe Konte müvafiq qərar imzalayıb.

Qərara əsasən, bütün ölkə ərazisində insanlar kafe, iş yerləri, ictimai nəqliyyatla yanaşı, açıq havada da yaxınlığında digər şəxslər olarkən maska taxmalı olacaq.

Eyni zamanda koronavirusla bağlı epidemioloji fövqəladə vəziyyət 2021-ci ilin yanvarın 31-dək uzadılıb.

Qeyd edək ki, İtaliyada ötən sutka ərzində 3 678 yeni yoluxma qeydə alınıb. Bu, aprel ayından sonra 3 min yoluxma həddini keçən ilk göstərici olub.

Bugünədək ölkədə 334 mindən çox şəxs koronavirusa yoluxub, 36 061 nəfər həyatını itirib.

Reaksiya.az

Şərhlər