Ermənistan qoca hərbçiləri orduya yığır

08.10.2020 17:02     Dünyadan reaksiya     886

Qarabağda gedən döyüşlərdə canlı qüvvəsinin xeyli hissəsini itirən Ermənistan ordu sıralarına artıq ehtiyatda olan yaşlı hərbçiləri çağırmağa başlayıb.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan ordusunun bu gün açıqladığı itki statistikasına baxanda görmək olur. Belə ki, yeni siyahıdakı rezervistlərin beşdə birinin 50-60 yaş aralığındakı şəxslər olduğu müəyyən edilib.

Bu gün açıqlanan ölülərin siyahısında Edo Karapetyan (1964), Qagik Sirekanyan (1959), Qagik Qriqoryan (1961), Hamlet Sərkisyan (1973), Muşeq Mnoyan (1966) kimi yaşlı hərbçilərin olması bunu bir daha sübuta yetirir.

Reaksiya.az

Şərhlər