Türkiyənin Azərbaycana dəstəyi dəyişməzdir - Fatih Şahin

08.10.2020 22:42     Dünyadan reaksiya     646

Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir.

Reaksiya.az xəbər verir ki, bu fikri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının baş katibi, deputat Fatih Şahin oktyabrın 8-də Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının birgə keçirdiyi videokonfransda deyib.

Fatih Şahin bildirib ki, Azərbaycanın tarixi torpağı olan Qarabağı işğalçılardan azad etmək haqqı var. Bu yolda Türkiyə xalqı dəstəyini hər zaman ifadə edib.

Türkiyənin Azərbaycana dəstəyi dəyişməzdir. AKP və YAP olaraq sıx əlaqələrimiz var. Hesab edirəm ki, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir. Biz Azərbaycanın haqq savaşında qalib gələcəyinə inanırıq”, - deyə Fatih Şahin söyləyib. 

Reaksiya.az

Şərhlər