Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək mitinqi keçirir

10.10.2020 15:49     Dünyadan reaksiya     794

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilir.

Reaksiya.az xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarlı aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.

Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndirirlər.

Mitinqçilər əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Reaksiya.az

Şərhlər