Gəncədəki olay terrordur: Kreml bu canavarı görsün... - Xlopotov

11.10.2020 13:23     Dünyadan reaksiya     1745

Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs zamanı erməni hərbiçilərin Gəncə şəhərinə açdığı atəş varvarlıq aktıdır.

Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.

Aleksey Xlopotov bildirib ki, ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı etdiyi hərəkət xristian əxlaqına uyğun gəlməyən terror aktıdır:

“Qarabağdakı vəziyyəti şərh edəndə dəfələrlə demişəm ki, regionun işğaldan azad edilməsi üzrə əməliyyat antiterror statusu daşımalıdır. Çünki işğalçı rejimin terror mahiyyəti öncədən aydın görünürdü. Bundan başqa, onu da əlavə etmək istəyirəm ki, dinc sakinlərə və uşaqlara açılan atəşə görə İrəvanla yanaşı, atəşkəs danışıqlarının vasitəçisi olan Moskva da məsuliyyət daşıyır.

Kreml müttəfiq olaraq hansı canavarı seçdiyini başa düşməlidir", - deyə ekspert qeyd edib.

Reaksiya.az

Şərhlər