Saakaşviliyə hücum cəhdi baş verdi

12.10.2020 01:15     Dünyadan reaksiya     520

Afinada gürcü mühacirləri ilə görüşü zamanı naməlum şəxs Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə hücum etməyə cəhd edib.

Reaksiya.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mtavari” kanalı məlumat yayıb.

Təxribatçılar siyasətçini iclasın keçiriləcəyi binanın girişində gözləyib.

Bütün olanlara baxmayaraq, sabiq prezidentin mühacirlərlə görüşü baş tutub.

Reaksiya.az

Şərhlər