Ermənistanın şəhərlərimizə hücumuna İrandan - AÇIQLAMA

12.10.2020 10:19     Dünyadan reaksiya     2113

İran İslam Respublikası Azərbaycanın şəhərlərinə, yaşayış massivlərinə raket hücumlarını və dinc insanların qətlə yetirilməsini pisləyir.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, İran Azərbaycan və Ermənistan arasında elan olunan humanitar atəşkəsin pozulmasından təəssüflənir:

“Beynəlxalq hüquq çərçivəsində danışıqlar başlanmalı, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və işğal olunmuş ərazilər boşaldılmalıdır”.

İran XİN rəsmisi deyib ki, Tehranda regionda davamlı sülhə nail olmaq üçün bu danışıqları asanlaşdırmağa hazır olduğunu elan edir.

Reaksiya.az

Şərhlər