Ermənilər razılaşmanı kobud şəkildə pozub - BERNAMA

13.10.2020 08:47     Dünyadan reaksiya     377

Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə və obyektlərə raket zərbələri endirməsinə dair növbəti məqalə dərc edib.

Reaksiya.az Axar.az-a istinadən  xəbər verir ki, agentlik ölkəmizin Malayziyadakı səfirliyinə istinad edərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu barədə kəskin mövqe ifadə edən 11 oktyabr tarixli bəyanatına geniş yer verib. Qeyd edilib ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri həmin razılaşmanı kobud şəkildə pozub.

Hücum zamanı mülki vətəndaşların həlak olduğu və yaralandığı bildirilib, Ermənistan silahlı qüvvələrinin bundan əvvəl oktyabrın 4-də də Gəncəyə hücum etdiyi xatırladılıb.

Xəbərin sonunda malayziyalı oxuculara Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat da verilib. Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonun beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanındığı vurğulanıb. Həmçinin Malayziyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində sülh yolu ilə nizamlama cəhdlərinə dəstək verdiyi bildirilib.

Reaksiya.az

Şərhlər