Türkiyəni gözləyən təhlükə - Professor proqnoz verdi

13.10.2020 09:46     Dünyadan reaksiya     2981

Türkiyənin cənubunda, dəniz səthindəki seysmik xətlərdə 7 baldan yuxarı zəlzələ baş verərsə, sunami təhlükəsi yarana bilər.

Bunu Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri, Geoloji Mühəndislik Fakültəsinin müəllimi Həsən Sözbilir deyib.

Egey dənizində baş verən 5 bal gücündə zəlzələ barədə danışan professor bildirib ki, bölgə zəlzələ fırtınasına uyğundur. Buna görə də tez-tez zəlzələlərin baş verməsi normaldır: “Keçmişdə həmin bölgədə güclü zəlzələlər qeydə alınıb və onlar dağıdıcı gücdə olub. Antalya-Fethiye dolaylarında sunamiyə belə səbəb olub. Təbii ki, gələcəkdə də bu cür zəlzələlər ola bilər.

Qeyd edək ki, ötən gün Egey dənizində 20-dən çox zəlzələ qeydə alınıb.(publika)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar