Qroznıda atışma - 5 nəfər öldü

13.10.2020 12:04     Dünyadan reaksiya     216

Çeçenistan Respublikasının paytaxtı Qroznıda naməlum silahlılarla polis və Rusiya qvardiyasının əməkdaşları arasındakı atışmada 5 nəfər ölüb.

Reaksiya.az xəbər verir ki, bu barədə yerli hüquq–mühafizə orqanlarından TASS-a bildirilib.

İlkin məlumata görə, atışma nəticəsində ölənlərdən 2-si naməlum silahlı, 2-si qvardiyaçı və 1-i polis əməkdaşıdır.

Atışmanın davam etdiyi bildirilir.

Reaksiya.az

Şərhlər