Gürcüstan vasitəsilə hərbi yüklər daşınmır - Tiflisdən AÇIQLAMA

13.10.2020 13:20     Dünyadan reaksiya     281

“Gürcüstan ərazisi ilə münaqişə tərəfləri - Azərbaycan və Ermənistana hərbi tranzit həyata keçirilmir”.

Reaksiya.az xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia deyib.

O bildirib ki, Gürcüstanın hava məkanı ilə yalnız mülki uçuşlara icazə verilir.

“Bir daha bildirmək istəyirik ki, hərbi tranzit Gürcüstan ərazisindən həyata keçirilmir. Gürcüstanın əlində olan sənədlərə görə, bizim hava məkanı ilə həyata keçirilən uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır və “ICAO” standartlarına tam uyğundur. Gürcüstan ticarət yükləri də daxil olmaqla, humanitar və mülki məsələlərdə beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edir. Bu, “ICAO” qaydaları da daxil olmaqla, beynəlxalq hüquqa tam uyğun olaraq edilir. Buna baxmayaraq, mediada sanki Gürcüstan ərazisi ilə mülki uçuşlarla hərbi daşımalar həyata keçirilməsi ilə bağlı manipulyasiyalar artıb”, - deyə L. Darsalia qeyd edib.

Nazir müavini vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında eskalasiya başladığı vaxtdan Gürcüstan ərazisi ilə hərbi yüklərin tranziti həm Azərbaycan, həm də Ermənistan istiqamətində quru və hava yolu ilə dayandırılıb.(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar