Ermənistanın gizli silah tədarükü planı

13.10.2020 17:56     Dünyadan reaksiya     534

Ermənistan Müdafiə Nazirliyi sadəcə mülki təyyarələrlə deyil, eyni zamanda, hökumətə aid rəsmi təyyarələr vasitəsilə də ölkəyə qanunsuz silah daşınmasını həyata keçirir.

Bu barədə Türkiyənin “Sabah” nəşri məqalə dərc edib.

Bildirilib ki, Ermənistana silah tədarükü sadəcə Rusiyadan edilmir. 11 oktyabrda “F-GKXY” nömrəli bir “Airbus A320-214” karqo təyyarəsinin Fransanın paytaxtı Parisdəki Şarl De Qoll Hava limanından İrəvana uçduğu bildirilir.

1944-cü il Beynəlxalq Mülki Aviasiya Razılaşmasının 4-cü maddəsini açıq şəkildə pozan bu tədarüklər Ermənistanın Müdafiə naziri Devid Tonoyan, biznesmen Samvel Karapetyan və silah qaçaqçısı Devid Qalustyan tərəfindən təşkil olunur.

İddiaya görə, erməni iş adamları ağır yüklərin daşınması üçün gəmiləri də qanunsuz silah daşınmasına cəlb etməyə hazırlaşır.

Ermənistana daşınan və daşınması planlaşdırılan hərbi təchizatlar arasında TOC 1A (Solntsepek) alov maşını sistemləri, müxtəlif top, tank əleyhinə raket sistemləri, özüyeriyən “Igla-S” təyyarə əleyhinə raket aparatları, avtomatlar var.

Reaksiya.az

Şərhlər