Fransa Qarabağ münaqişəsində qərəzsiz qalmalıdır - Lö Drian

14.10.2020 00:06     Dünyadan reaksiya     682

Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsində qərəzsiz qalmalıdır.

Reaksiya.az Azərtac-a istinadla xəbər verir ki, bunu Fransa Xarici İşlər naziri Jan İv Lö Drian deyib.

“1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı neytral qalmağa məcbur edir. Fransa iki ölkədən hər hansı birinin tərəfini tutarsa, onda qanuniliyini itirəcək”, - nazir Milli Assambleyada erməni lobbisinin təsiri altında olan bir qrup deputatın Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı çağırışına cavab olaraq deyib.

Fransanın Ermənistanla ikitərəfli sıx əlaqələrinin olduğunu deyən Lö Drian 600 minlik erməni lobbisinə ölkəsinin Azərbaycanla da uzun tarixi əlaqələri olduğunu vurğulayıb.

"Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək, onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcə də Minsk qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik”, - Fransa XİN başçısı bildirib.

Reaksiya.az

Şərhlər