Minsk Qrupu 30 ildir bir həll tapmayıbsa... - Ərdoğanın sözcüsü

14.10.2020 01:52     Dünyadan reaksiya     451

Azərbaycan bu gün mübarizəni öz torpaqlarında aparır, mübahisəli ərazilərdə deyil. Qarabağ Azərbaycan torpağıdır.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın deyib.

“Biz işğalın sona çatmasını danışmasaq, Minsk Qrupu bir həll planı ortaya qoymayacaqsa, bu münaqişəni həll etmək mümkün olmayacaq. Minsk Qrupu 30 ildir bir həll tapmayıbsa, biz daha 30 il gözləməliyik? O zaman başqa mexanizmləri irəli sürək. Cənab Əliyevin dediyi kimi “Rusiya madam Ermənistanın tərəfində, Türkiyə də Azərbaycanın yanında dördlü olaraq bu məsələni həll etmək üçün danışaq”. Türkiyə olaraq biz buna yox deməyəcəyik”, - Qalın bildirib.

Reaksiya.az

Şərhlər