Tramp ABŞ qoşunlarını Somalidən çıxarmaq istəyir

14.10.2020 07:51     Dünyadan reaksiya     465

ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarını Somalidən çıxarmaq niyyətindədir ki, bu da onun ABŞ əsgərlərinin evlərinə qaytarılması barədə vədlərini yerinə yetirməsinə imkan verəcək.

Bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Mənbənin məlumatına görə, Trampın qoşunların çıxarılması ilə bağlı qərarı ABŞ administrasiyasının mənfi reaksiyasına səbəb olub, çünki Somali hökumətinin ölkədəki vəziyyətə nəzarəti kifayət qədər deyil.

“ABŞ Somalidə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə azaldarsa, Somali hökumətinin ölkədəki təhlükəsizliyə onsuz da zəif olan nəzarəti əhəmiyyətli dərəcədə azalacaq”, -  ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Samanta Pauerin məsləhətçisi Kolin Tomas Censen agentliyə bildirib. Onun fikrincə, yaranmış vəziyyətdən “Əş-Şabab” islamçı terror qruplaşması yararlana bilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar