Məğlub ordunun “axsaq” generalları - Paşinyanın son ümid yeri

15.10.2020 12:15     Dünyadan reaksiya     3050

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Ordusunun ciddi zərbələri altında geriləyən erməni ordusunda ruh yüksəkliyi yaratmaq və döyüşlərdən yayınmasının qarşısını almaq məqsədilə bir sıra hərbçilərin rütbələr vermək qərarına gəlib.

Reaksiya.az xəbər verir ki, Nikol Paşinyan özünün Feysbuk hesabında bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin qərargah rəisi Onik Qasparyana general-polkovnik rütbəsi vermək məqsədilə Prezident Armen Sərkisyana müraciət təqdim edib.

Baş nazir eyni zamanda II ordu korpusunun komandiri Araik Harutyunyana və IV ordunun komandiri Artak Budaqyana general-mayor rütbəsi verilməsi üçün müvafiq təqdimat verib.

Məğlubiyyətə uğrayan ordu rəhbərliyinin bu formada qiymətləndirilməsi təsadüfi sayıla bilməz.

Siyasi müşahidəçilər hesab edirlər ki, Paşinyanın bu addımı ilə Azərbaycan ordusuna qarşı vuruşmaq istəməyən, fərariliyin getdikcə artdığı, daxili əlaqələnmənin itdiyi erməni ordusunda vəziyyəti sabitləşdirmək istəyir.

Bundan daha vacibi isə Azərbaycan ordusunun iradəsi və döyüş qabliyyətinin qarşısında duruş gətirməyən erməni ordusunun müharibədən sonra Paşinyanın, yoxsa rəqiblərinin tərəfini tutacağı bu ölkədə siyasi hakimiyyətin taleyini müəyyənləşdirə bilər.

Paşinyan indi orduda mövqeyini gücləndirmək, ona yaxın olanların mövqelərini bərkitməklə məqlubiyyətdən sonra ona təhlükə yarada biləcək orduya nəzarətini gücləndirmək gedişi edir

Reaksiya.az

Şərhlər

Çox oxunanlar