Ermənistanın bu əməlləri hərbi cinayətdir - Çavuşoğlu

15.10.2020 14:30     Dünyadan reaksiya     903

Bölgəmizdə idarə olunmayan və təcavüzkar dövlətlər var. Son vaxtlar Ermənistanın Azərbaycana artan hücumları bu faktı bizə bir daha göstərdi.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ermənistan Azərbaycan ərazisinə hücum edib və onların bu əməlləri hərbi cinayətdir. Ermənistanın hücumuna qarşı Azərbaycanın öz ərazisini və xalqının müdafiə etməsi qanunidir. Bəzi aktorlar Azərbaycanın üzləşdiyi haqsızlığa səssiz qalır, zalımla günahsızı eyni səviyyə qoyur”, - Çavuşoğlu bildirib.

Reaksiya.az

Şərhlər