Ermənistan çox təhlükəli oyun oynayır - Rusiyalı hərbi ekspert

17.10.2020 03:59     Dünyadan reaksiya     705

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanın Gəncəyə son hücumunu pisləyib.

Reaksiya.az-ın Report-a istinadən məlumatına görə, hərbi ekspert Ermənistan ərazisindən Gəncənin raket hüçumuna məruz qalmasını şərh edərkən özünün “Telegram” kanalındakı hesabında bu sözləri yazıb:

"Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan?".

"Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir hərbi məqsədəuyğunluluq yoxdur. Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan? Amma, o çox dalğın görünür... Tonoyan?", - deyə hərbi ekspert qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar