Ermənistan hər gün yeni bir insanlıq cinayəti törədir - Türkiyə MN

17.10.2020 11:46     Dünyadan reaksiya     559

Cəbhə xəttində Qəhrəman Azərbaycan Ordusunun önündən qaçan Ermənistan bir daha namərdcə və qorxaqca Gəncədə yaşayış məntəqəsini raketlə vurdu.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində yazılıb.

“Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir. Ermənistan ordusu çox böyük çarəsizlik içindədir və hər gün yeni bir insanlıq cinayəti törədir. Bu qətliamlara baxmayaraq, susanlar da tarixin ləkəli səhifələrində yerini alacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyirik”, - deyə qeyd olunub.

Reaksiya.az

Şərhlər